Texnologİya

Milyardlarla dolları var - istifadə etdiyi telefon isə təəccübləndirir

Milyardlarla dolları var - istifadə etdiyi telefon isə təəccübləndirir
Niyə milyarder iş adamı hər kəsin almağa çalışdığı telefondan istifadə etmir?

Milyarder iş adamı Varren Buffett "Apple”a böyük sərmayə qoymasına baxmayaraq, telefonu başqa bir markaya məxsusdu.

Dünyaca məşhur iş adamı Varren Buffettə məxsus şirkət "Apple”ın 5,5 faizinə sahibdir. Ancaq Buffett "Apple” yerinə markası "Samsung” olan SCH-U320 model mobil telefondan istifadə edir. Telefonun dəyəri isə 20 dollardı.

Milyarderin nəyə görə son model telefondan istifadə etmədiyi məlum deyil. Ancaq Buffettin "Apple”dakı hissələrini izləmək üçün və araşdırmalarında "iPad”dən istifadə etdiyi deyilir.

Hətta Varren Buffett mövzuyla bağlı zarafat etməyindən də qalmır. O, telefonunu göstərərək "Aleksander Qraham Bell bunu mənə borc verib, mənsə geri qaytarmağı unutmuşam” deyir.TurpKimi.com

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031