Dünya

166 nəfərin ölümünə səbəb terrorçu 11 il sonra həbs olundu

166 nəfərin ölümünə səbəb terrorçu 11 il sonra həbs olundu

2008-ci ilin noyabrında 166 nəfərin ölümü ilə nəticələnən Mumbay teraktını törətməkdə şübhəli bilinən din xadimi Hafiz Səid Pakistanda həbs edilib.

"Qafqazinfo”nun "Associated Press” nəşrinə istinadən verdiyi xəbərə görə, o, Pəncab vilayətində həbs olunub.

Məlumata görə, daha öncə Pakistan polisi onu saxlasa da, məhkəməyə cəlb olunmayıb.

Qeyd olunur ki, Səid "Laşkar-i-Tayba” təşkilatının lideridir. 

Xatırladaq ki, Hindistanın Mumbay şəhərinə terror hücumları 26-29 noyabr tarixlərində həyata keçirilib. Bu müddətdə "Laşkar-i-Tayba” kütlənin sıx olduğu vağzal, küçə və digər ərazilərdə yanğın və partlayışlarla 12 hücumu təşkil edib. 

Hadisə nəticəsində 300-dən çox insan xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 9 terrorçunu zərərsizləşdiriblər.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30