Krİmİnal

3 yaşlı Zəhranı oğurlayan qadınla bağlı YENİ FAKTLAR

3 yaşlı Zəhranı oğurlayan qadınla bağlı YENİ FAKTLAR

Xadimə işlədiyini deyən Qızbəst bacısının əqli probleminin olduğunu iddia edir. Onun sözlərinə görə, Təzəgül 5 gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. 

Sfera.az azvision.az-a istinadla xəbər verir ki, bu gün öyrənib ki, bacısı azyaşlı qızı qaçırdığına görə polis tərəfindən saxlanılıb.

"Təzəgülün əqli problemi var. Onun qəsdən uşaq qaçıracağına inanmıram. 5 gün əvvəl evdən gedib, biz də onu axtarırdıq. Bu gün xəbərlərdə gördüm ki, belə hadisə baş verib”, – deyən qadın ehtimal edir ki, Zəhranın qaçırılmasında başqa şəxslərin də əli var.

"Bəlkə, onu kimsə bu yola məcbur edib. Yəqin ki, polisinin araşdırmasından sonra həqiqət üzə çıxacaq. Təzəgül normal insan deyil, elə vaxt olur ki, adını da yadından çıxarır. İndiyə kimi bizdə qalıb. Başı normal işləmir”.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031