Krİmİnal

Bərdədə kişi balta ilə arvadını öldürdü, qayınanasını isə... - FOTO

Bərdədə kişi balta ilə arvadını öldürdü, qayınanasını isə... - FOTO
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.




XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031