Maqazİn

Kərimi döyən Tacirin qohumu imiş

Kərimi döyən Tacirin qohumu imiş

Müğənni Kərim Abbasovu döyən şəxsin Tacir Şahmalıoğlunun qohumu olduğu ortaya çıxıb.  "Qafqazinfo” xəbər verir ki, bu barədə Kərim "Səhər-Səhər” proqramında məlumat verib. 

Müğənni qeyd edib ki, ona şikayət ərizəsini geri götürməsi üçün pul təklif olunub: "5 min manat dəyərində pul təklif etdilər ki, şikayət ərizəmi geri götürüm. Əslində balama haram pul yedirtməmişəm. İki-üç gündür həmkarım Tacir Şahmalıoğlu mənə zəng edir, söyləyir ki, məni döyənlər mənim qohumlarıdır. Onlar da xahiş edirlər ki,  gedib ərizəmi geri götürüm. Tacir müəllimə bir kəlimə dedim. Bir halda ərizəmi geri götürərəm. O şəxs hamının qarşısında məndən üzr istəsin. Mənə vurduqları yumruqlara, ailə üzvlərimin yanında mənə dediyi təhqirlərə görə üzr istəsin. Zatən məndən üzr istəməsə, qanun yolu ilə üzr istəyəcək”. 

Qeyd edək ki, mayın 20-də müğənni Kərim Abasov zorakılığa məruz qalmasına dair videogörüntü paylaşıb. Sənətçi qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib və Elvin Ramazanov adlı şəxs onu döyüb. 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031