Cəmİyyət

Xəzəri hasarlayanlara qarşı böyük plan – Video

Xəzəri hasarlayanlara qarşı böyük plan – Video
Abşeronda sahil boyu uzanan hasarlarlar söküləcək.

Sfera.az "Yeni Sabah”-a istinadla xəbər verir ki, bununla bağlı səslənən tələblər artıq ilkin nəticələrini göstırib. Belə ki, dünən yayılan xəbərə görə, dənizə hasar çəkənlərdən biri "Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli külli miqdarda cərimələnib. Həmin cərimənin məbləğı açıqlanmasa da, qanunvericilikdə 50 min manat nəzərdə tutulub.

İctimai Televiziyanın problemlə bağlı hazırladığı materialda Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.

"Yəqin ki, yaxın gələcəkdə kompleks işlər görüləcək. Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və digər inzibati orqanların əməkdaşları da bu işdə iştirak edəcəklər”. 

Həmi videonu təqdim edirik:

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031